DHI - CASPICARE.COM

Title
Go to content

2000-ci ilin əvvəllərində FUT texnikası ilə başlayan saç əkimi əməliyyatlarından sonra saç köklərinin tək-tək toplanmasına imkan verən FUE metodu ilə tikişsiz və izsiz bir saç əkimi dövrü başladı. Saç köklərini  heç bir iz qoymadan donor bölgəsindən çıxaran FUE metodunda saç kökləri kanal açma prosesindən sonra yerləşdirilirdi. DHİ saç əkimi üsulunda isə kanal açma və yerləşdirilmə prosesi eyni vaxtda həyata keçirilir.

Saç əkimi ən böyük uğur, canlılığını itirmədən kifayət qədər saç köklərinin keçəl bölgəyə köçürülməsidir. Saç köklərinin yığıldıqdan sonra kənarda saxlanması müddətinin qısaldılması, toxumanın sağ qalma faizini artırır. Son illərdə tez-tez istifadə olunan DHİ saç əkimi bütün əkim üsullarında olduğu kimi bir sıra üstünlüklərə və mənfi cəhətlərə malikdir.
DHİ saç əkimi
DHİ nədir?
DHİ nədir?

DHİ saç əkimi (Direct Hair İmplantation) xüsusilə 2016-cı ildən sonra geniş yayılmış bir saç əkimi üsuludur. "Qələm texnikası " olaraq adlandırılan bu üsulda FUE üsulu ilə donor bölgəsindən ayrıca yığılmış saç kökləri "choi" və ya "implantator" adlanan xüsusi tibbi qələm vasitəsi ilə istənilən əraziyə yerləşdirilir. DHİ qələmləri sayəsində kanal açma və saç köklərini yerləşdirmək eyni vaxtda həyata keçirir. Beləliklə, xarici mühitdə saç köklərinin gözləmə müddəti azalır.
DHİ və FUE
DHİFUE

DHİ metodunun standart FUE metodundan fərqləri nədir?
DHİ metodunda da greftlərin yığılması üçün FUE metodundan istifadə edilir. DHİ saç əkimində kanalların açılması və yerləşdirilməsi implantator qələmi ilə eyni vaxtda aparılır. Bu qələm həm kanalın açılmasına, həm də saç köklərinin eyni anda yerləşdirilməsinə imkan verir.

Standart FUE metodu ilə ediləcək 3000 greftlik bir əkimdə əvvəlcə 3000 greft yığılır. Daha sonra greftlər gözlədilərkən saç köklərinin yerləşdirilməsi üçün 3000 kanal açılır və kanal açma prosesi başa çatdıqdan sonra müvafiq mühitdə saxlanan 3000 greft tək-tək yerləşdirilir.
Ancaq:
DHİ saç əkimi ilə 3000 greftlik bir əkimdə əvvəlcə 3000 greft yığılır. Daha sonra greftlər implanterlara yerləşdirilərək gözlədilmədən əkilir. DHİ saç əkimində kanal açma prosesinə  əlavə vaxt sərf edilmir. DHİ əməliyyatlarında təxminən 20-50 implantasiya olunan qələm istifadə olunur. Toplanmış greftlər dərhal qələmlərə qoyulur və əkilir. İçi boşalan  implanter təkrar doldurulur və 3000 greft beləlikcə tamamlanır.

DHİ necə tətbiq edilir?
DHİ saç əkimində, FUE üsulu ilə ənsə bölgəsindən  tək-tək yığılan greftlər  çeşidlənərək implanterların içinə yerləşdirilir. Həkim hazırlanmış qələmlər sayəsində az  bir müddətə həm kanal açar həm də açılmış kanallara saç köklərini yerləşdirər. Standart saç əkimində ayrı-ayrı həyata keçirilən bu prosedur "choi" qələmləri sayəsində eyni vaxtda tətbiq edilir.
  1. DHİ saç əkimi əməliyyatlarında lokal anesteziya tətbiq olunan donor bölgəsindəki saç kökləri xüsusi bir cihazın köməyi ilə genişləndirilir və boşalmış saç kökləri tək-tək donor sahəsindən yığılır.
  2. Toplanmış greftlər içərisində  toxuma və saç kökü olduğu üçün  kiçik bir ayrılma prosesindən keçirilərək əkimə hazır hala gətirilir.
  3. DHİ saç əkimi ilə həyata keçirilən əməliyyatlarda kanal açma prosesi olmadığından, hazırlanmış saç kökləri tək-tək xüsusi "implanter" adı verilən tibbi qələm vasitəsilə yerləşdirilir və gözlədilmədən əkmə prosesi başlanır.
  4. Həkim saç köklərini xüsusi qələm vasitəsilə baş dərisinə yerləşdirir. İmplantator çox incə, iti, amma,  xüsusi quruluşu sayəsində içinə saç kökü yerləşəcək bir uca sahibdir. Həkim tərəfindən baş dərisinə müəyyən bir ölçü ilə batırılan incə uclu bu tibbi qələm arxasındakı xüsusi hissəyə basıldığında içindəki saç kökünü baş dərisinə yerləşdirir.
  5. Bir tərəfdən əkim həyata keçirilir, digər tərəfdən saç kökləri qələmlərə qoyulur və saç köklərinin gözləmə müddəti minimuma endirilir.
  6. DHİ qələmi sayəsində ən az zərər prinsipi ilə köçürülən saç dərisi sürətli bir sağalma müddətinə girir.
Əməliyyata hazırlıq
1. Əməliyyata hazırlıq
DHİ saç əkimi əməliyyatına hazırlıq mərhələsi standart saç əkimi ilə eynidir. Həkim və xəstə arasında məsləhətləşmədən sonra xəstə üçün saç analizi və saç nəqli planlaması aparılır. Bundan sonra xəstənin əməliyyat üçün uyğun olub-olmadığını müəyyən etmək üçün qan analizi edilir. Sağlamlıq vəziyyəti yerində olan xəstə saç  qırxıldıqdan sonra əməliyyat otağına aparılır.

2. Anesteziya (narkoz)
DHİ saç əkimi əməliyyatında lokal anesteziya tətbiq olunur. Lokal anesteziya yalnız tətbiq edildiyi bölgədə təsir edən bir anesteziya növüdür. Saç nəqli üçün lokal anesteziya bir anestezioloq tərəfindən aparılır. Lokal anesteziyanın müddəti təxminən 3-4 dəqiqədir. Bu müddətdə donor sahəsi antiseptik mayelərlə təmizlənir və incə bir iynə köməyi ilə bölgəyə anestezik dərmanlar yeridilir. Lokal anasteziyanın tətbiqindən əvvəl, xəstəyə anesteziya iynələrinin ağrısını hiss etməməsi üçün  dərmanlar verilir.
Greftlərin (əkiləcək saçların)  yığılması.
3. Greftlərin (əkiləcək saçların)  yığılması.
DHİ saç əkiminin ikinci mərhələsi donor bölgəsindən greftlərin yığılmasıdır. Bu mərhələdə greftləri toplamaq üçün FUE metodundan istifadə olunur. Əvvəlcə xəstənin ənsə bölgəsindəki saç köklərinin mikromotor cihazının köməyi ilə genişləndirilir. Mikromotor saç köklərini ətrafdakı köklərə zərər vermədən çıxarılmasına imkan verir. Genişlənən saç kökləri panset adlanan bir cihaz vasitəsi ilə tək-tək yığılır.

4. Greftlərin hazırlanması
DHİ saç əkimdə greftlərin hazırlanması standart saç əkimindən fərqlənir. DHİ saç əkimi əməliyyatlarında, greftlər əkilmədən əvvəl implantlara dəqiq yerləşdirilməlidir. Ənsə bölgəsindən toplanan və şüşə petri qablarına alınan saç kökləri tibb bacıları tərəfindən toxuma parçalarından yumşaq şəkildə təmizlənir və panset vasitəsilə qələmlərə bir-bir yerləşdirilir.

DHİ saç əkimi üçün 20-30, bəzən 100 choi qələmi (implanter) alternativ olaraq istifadə olunur. Əkiləcək  saç kökləri ilə doldurulmuş choi qələmlərinin bir hissəsi hazır olduqda saç köklərinin  köçürülməsi mərhələsi başlayır.
Saç köklərinin əkilməsi.
5. Saç köklərinin əkilməsi.
DHİ saç əkimi əməliyyatında ən vacib mərhələ kanal açma prosesi ilə  bərabər həyata keçirilən saç köklərinin əkilməsidir. Bu mərhələdə həkim, choi qələmlərini planlanmış bölgəyə düzgün bucaq və düzgün istiqamətdə yerləşdirərək yuvanı açır və sonra qələmin üstünə basaraq saç köklərinin yuvaya zərər vermədən yerləşməsinə imkan yaradır. Boş choi qələmləri tibb bacıları tərəfindən köçürülmə üçün nəzərdə tutulmuş başqa bir saç kökü ilə doldurulur.

Üstünlükləri və mənfi cəhətləri.
Saç əkimində DHİ metodunun üstünlükləri arasında ən başlıcası daha sıx saç əkimi etməyə imkan verməsidir. DHİ saç əkimində kanalların sıxlığı, kanalların sıxlığı həkimin çevikliyindən və xəstənin donor sahəsinin yetərli olmasından asılıdır, lakin DHİ metodu bütün bunlara baxmayaraq bir çox üstün və mənfi cəhətlərə malikdir.
DHİ saç əkimi üsulunun üstünlükləri:

  • Saç köklərinin gözləmə müddəti minimuma endirildiyindən, saç əkimi zamanı və sonrasında köklərin sağ qalma ehtimalı artır.
  • DHİ saç əkimi qələmi ilə bucaq və istiqamət vermək  daha asandır və saç köklərinin bucaqları daha asan müəyyən edilir.
  • Mövcud saçlara zərər vermədən lazımi bölgəyə saç köklərinin birbaşa əkilməsi imkanını yaradan DHİ saç əkimi saç tökülməsi tamamlanmış xəstələr üçün üstünlük yaradır.
  • Əkim prosesində saç kökü genişliyində kanallar açılır, beləliklə əməliyyat minimal ziyanla tamamlanır.
DHİ saç əkimi üsulunun mənfi cəhətləri
DHİ saç əkimi üsulunun mənfi cəhətləri:

  • DHİ saç əkimi əməliyyatlarında istifadə olunan qələmlər əməliyyat xərclərini artırır.
  • Tibbi qələmlər nisbətən yeni bir texnologiya olduğundan istifadə edənin təcrübəli olması vacibdir.
  • Diqqətli davranılmadıqda implanterləri doldurarkən saç follikullarına zərər verilə bilər.
  • DHİ qələmi vasitəsilə sıx əkimin həyata keçirilməsi həkimin çevikliyindən asılıdır.

DHİ saç əkiminin təbiiliyi.

DHİ saç əkiminin təbiiliyinə təsir edən bəzi amillər var. Xəstənin xəyal etdiyi şəkildə bir saç əkimi əldə etməsi üçün təbiiliyə təsir edən vacib amillər haqqında məlumat sahibi olmalıdır. DHİ saç əkimində təbiilik ilk növbədə ön xəttin yaxşı hazırlanması və təbii bir görünüşlə əldə edilir. Bunun üçün həkim və xəstənin ayrıca diqqət yetirməli olduğu bəzi məqamlar var. DHİ saç əkimi üsulunda digər bir məqam saç köklərinin əkilmə istiqamətləridir. Saç əkimində təbiilik konsepsiyasına təsir edən saç köklərinin əkim bucaqları normal saç əkimində kanal açma zamanı müəyyən edilirdi. DHİ-də saç əkimində kanal açma mərhələsi əkim ilə birləşdirildiyi üçün, həkim bir səfərdə saç köklərinin bucaqları və dərinliklərini daha asan müəyyənləşdirir. Bu da təbii görünüşlü saçlar üçün bərpa müddətini sürətləndirir.
1. Ön xəttin planlanması:
Ön alın xəttinin planlaşdırılması göz qabağında olduğu üçün yaxşı bir DHİ saç əkimi nəticəsini göstərən ən əsas faktordur. Alın bölgəsinə gəldikcə 20 dərəcəyə qədər enə bilən kanal bucaqları  "saç köçürmə qələmi " ilə daha asan verilə bilər.

2. Donor bölgəsinin keyfiyyəti:
DHİ saç əkimi üçün, iki qulaq arasındakı ənsə bölgəsindəki sayılan donor bölgəsinin saç köklərinin sağlam və sıx olmasına üstünlük verilir.

DHİ saç əkimi xəstənin öz saç kökləri ilə həyata keçirildiyi üçün , seyrək bir ənsə və geniş bir saçsız bölgədən gözlənilən uğulu nəticə alına bilməz.  Belə hallarda, ikinci donor bölgələrinə müraciət etmək lazımdır, bu da təbii görünüşə mənfi təsir göstərən bir haldır.

DHİ saç əkimi üçün ən çox istifadə olunan donor sahəsi boyun bölgəsidir. Bundan əlavə, saç əkimində çox nadir olsa da, müxtəlif sahələrdən donor kimi istifadə oluna bilər. İkinci dərəcəli donor bölgələri, boyun hissəsində saç kökləri çatışmazlığı olan xəstələrdə, həkim məsləhəti və tövsiyəsi ilə istifadə edilə bilər.
Ön xəttin planlanması
Greftlərin gözləmə vaxtı
3. Greftlərin gözləmə vaxtı:
Əməliyyatın müvəffəqiyyətinə təsir edən ikinci amildir və DHİ saç əkimi ilə edilən əməliyyatlarda əhəmiyyətli üstünlüklər əldə edilmişdir. Saç əkimi zamanı saç kökləri yığıldıqdan sonra kanal açılması zamanı 3-4 saat gözlədilir. Bəzən onlar xüsusi məhlullarda və soyuducularda saxlanılsalar da, təbii şəraitlərindən kənarda gözlədikləri hər dəqiqə saç kökləri zədələnir və ya canlılığını itirir.. DHİ saç əkimi ilə edilən əməliyyatların ən böyük üstünlüyü, saç yığımından sonra saç köklərinin gözlədilməməsidir.

Beləliklə, 3-4 saatlıq gözləmə müddəti aradan qalxır və saç kökləri yığıldıqdan dərhal sonra əkilir. Bu da gözlədilmənin nəticəsində yaranan saç kökü itkilərinin qarşısını alır.
Əkilən saçların qorunması
4. Əkilən saçların qorunması:
Əkilmiş saçların təzyiqə məruz qalması,  saçların bölgəsəl ölümünə səbəb olur və bu da saç əkimi əməliyyatının uğursuzluğuna gətirib çıxarır. Burada həssaslıq tamamilə xəstəyə aiddir və sağalma müddətində qorunmaq vacibdir.. Beləliklə, saç köklərinin uyğunlaşma müddəti də qısalır. Bununla da təzyiqdən qorunması gərəkən müddət  daha sürətlə tamamlanır.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content