FUE - CASPICARE.COM

Title
Go to content
FUE üsulu ilə saç əkimi
FUE üsulu ilə saç əkimi

FUE saç  əkimi  (Follikulyar Unit Ekstraksionu) 2002-ci ildən sonra tətbiq edilməyə  başlanmışdır. Bu üsul boyun bölgəsindəki saç köklərinin kəsik yaranmadan tək-tək yığılması prinsipinə  əsaslanır. Kiçik ucluqlardan istifadə edilərək həyata keçirilən greft yığma  prosesində, kiçik kəsiklər yaranaraq saç kökləri bir-bir yığılır və keçəlləşmənin olduğu bölgəyə əkilir.

FUE saç əkimi üsulu tibbdə qəbul olunduqdan sonra saç əkimi əməliyyatlarında əhəmiyyətli bir artım olmuşdur.Özündən əvvəlki üsullara görə çox daha rahat  olan FUE üsulu ilə saç əkimi prosedurunda donor bölgəsində kəsik olmadığı üçün tikiş lazım olmur və bu səbəbdən qalıcı bir iz də olmaz. Bundan başqa FUE saç əkimində bədənin fərqli bölgələrinin də donor  olaraq  istifadə edilməsi təmin olunmuşdur.
FUE nədir?
FUE nədir?

Son 25 ildə saç əkimi sahəsində əhəmiyyətli dəyişikliklər olmuşdur. Bunlardan ən önəmlisi saç əkiminin bütün dünyada sürətlə yayılmasını təmin edən  və saç əkiminin daha çox seçilməsinə səbəb olan FUE üsuludur. 2002-ci ildə tibbə daxil olan FUE üsulu kəsiksiz, tikişsiz və izsiz saç əkiminə imkan verərək çox əhəmiyyətli bir üstünlük  qazandı. Beləliklə, təbii və izsiz saç əkimi  bütün dünyada saç tökülməsinin qarşısını almaq üçün tətbiq edilən  bir seçimə çevrildi.

FUE saç  əkimi  Follikulyar Unit Ekstraksionu kəliməsinin  qısaldılmasından əmələ gəlmişdir. 1990-cı ildə saç köklərinin içində  böyüdüyü və qidalandığı üçün "follikulyar unit" anlayışı kəşf edilmişdir. Bu saç köklərinin yuvaları ilə birlikdə  daşına biləcəyi, nəql ediləcəyi mənasını verirdi ki, çox keçmədən  FUT   (Follicular Unit Transplantation)  üsulu ilə saç kökləri sürətli və rahat bir şəkildə nəql edilməyə başlandı. Amma bu üsul çox böyük bir mənfi cəhəti də bərabərində gətirdi. FUT üsulunda boyun bölgəsində ortalama 15-20   sm böyüklüyündə qalıcı bir tikiş izi yaranırdı.
FUE saç əkimi üsulu özündən köhnə olan FUT üsulundan fəqli üstünlüklərə sahibdir. Hər iki üsulda saç köklərinin toplanma prosesi bir-birindən fərqlidir.  FUT üsulunda boyun bölgəsində iki barmaq genişliyində bir kəsik yaradılır və buradakı dəri saç kökləri ilə birlikdə lent kimi olduğu yerdən kəsilərək alınır. Daha sonra isə dəridən ayrılan saç kökləri FUT saç əkimi üçün hazır hala gətirilir

FUE saç əkimi üsulu isə kəsik və ya tikiş olmadan tətbiq edilir. Saç kökləri  kiçik toxunuşlarla olduqları bölgədən çıxarılır. Bu sayədə tikiş izi yaranmır. İndi isə FUE saç əkiminin fərqlərinə, üstünlüklərinə və mənfi cəhətlərinə nəzər salaq...

FUE saç əkimi üsulunun üstünlükləri:

  • FUE saç əkimi dünyada ən çox tətbiq olunan saç əkimi üsuludur.
  • FUE saç əkimində boyun bölgəsindəki sağlam və güclü saç kökləri tək-tək seçilir.
  • FUE üsulu tətbiq edilən əməliyyatarda donor bölgə  sürətlə sağalar.
  • Əməliyyatdan sonra iz qalmır.
  • FUE metodu sayəsində bədənin müxtəlif yerlərindəki saç kökləri əkim  üçün istifadə edilə bilər.
  • FUE saç əkimi saç köklərini bir-bir yığmağa imkan verir.
  • FUE saç əkimi üsulu ətrafdakı saç köklərinə zərər vermir.
  • FUE texnikası son illərdə tez-tez eşitdiyimiz qələm texnikası olaraq bilinən DHI texnikası ilə birlikdə tətbiq edilə bilər.

Saçın qalınlığından və quruluşundan asılı olaraq, saç köklərinin ətrafında iynə ucundan daha kiçik dəliklər yaradılaraq saç  köklərinin yuvalarıyla birlikdə tək-tək yığılması donor bölgəsinin tez sağalmasına imkan verir. Günümüzdə müxtəlif adlar altında olan saç əkimi üsulları (robototexnika, DHI, mikromotor və s.) başlıca olaraq FUE saç əkimi üsuluna əsaslanır.

Həkiminizin sizə tövsiyə etdiyi saç əkimi üsulları haqqında əvvəlcədən bəzi məlumatlara sahib olmağınız 4-8 saat çəkən əməliyyat ərzində hansı üsulların istifadə ediləcəyini və bu müddətdə nələrin baş verəcəyini bilməyiniz üçün çox vacibdir.

Saç əkimi əməliyyatı 3 başlıca mərhələdən ibarətdir:

  1. Saç köklərinin toplanması (FUE üsulu)
  2. Kanalların açılması (perkutan, DHİ, sagittal ... və s. metodlar)
  3. Saç köklərinin əkilməsi.

FUE metodu saç köklərinin necə yığılması ilə bağlı bir üsuludur. Günümüzdə tez-tez eşitdiyimiz robot saç əkimi tətbiqi, saç köklərinin FUE üsulu ilə kompüterləşdirilmiş bir robot tərəfindən toplanmasına imkan verən bir prosesdir.

FUE üsulu  ilk yarandığı dövrlərdə manuel punç adı verilən bir cihaz vasitəsilə həyata keçirilirdisə, son illərdə  micromotor adı verilən tibbi bir cihaz vasitəsilə həyata keçirilir. Buna görə də bəzi mənbələrdə eyni üsul "micromotor FUE" olaraq da qarşınıza çıxa bilər.
FUE saç əkimindən əvvəl
FUE saç əkimindən əvvəl
Bütün dünyada məşhur və problemsiz  bir üsul olaraq bilinən FUE üsulu ilə saç əkiminə qərar vermədən əvvəl saç tökülməsi və saç əkimi ilə bağlı araşdırma aparmaq tövsiyə olunur. Həmçinin sizi narahat edən suallarınızı həkiminizdən soruşa  bilərsiniz.

Saç köçürməsindən əvvəl xəstəyə qan analizi edilir. Xəstədə yerli diabet, qan təzyiqi, hepatit və ya HİV virusu kimi müxtəlif xəstəliklər aşkar edilərsə, əməliyyatın aqibətinə xəstəliyin növünə görə qərar verilir.

Nəzarət olunan və nizamlı diabet xəstəliklərində xəstəyə lazımi müayinələr edildikdən sonra saç əkimi əməliyyatına qərara verilir. HİV və ya Hepatit kimi digər xəstəliklərdə əməliyyatlar həkimin qərarı ilə ləğv edilə bilər.

FUE  saç əkimi ilə saç köklərini yığılması
Əvvəlcə boyun bölgəsindən saç kökləri toplanılır. Bu müddətdə saç kökləri xüsusi bir tibbi cihaz vasitəsilə tək-tək genişləndirilir. Ardınca tək-tək genişlənmiş saç kökləri greftlər şəklində yığılır. Hər bir greftin tərkibində 3 - 8 arasında saç teli ola bilər. Greftlərin sıxlığı saç əkiminin  keyfiyyətini və uğurunu artıran bir amildir. Bu proses greflərin miqdarına görə dəyişməklə birlikdə 2 - 4 saata qədər davam edir. Əməliyyatın rahat keçməsi üçün lokal anesteziya tətbiq edilir.
FUE  saç əkimi ilə kanalların açılması
FUE  saç əkimi ilə kanalların açılması
Saç kökləri toplandıqdan sonra tibb bacıları tərəfindən ayrılır və düzgün bir şəkildə bezə  qoyularaq əməliyyat üçün hazır vəziyyətə gətirilir. Greftlərin yığılması prosesi qurtardıqdan sonra saç köklərinin toplandığı sahə mikrob düşməməsi üçün sarğılanır. Bu prosedurdan sonra xəstə kürək üstü yatdırılır. FUE saç əkimi ilə kanalları açmaq üçün, əkim ediləcək bölgə  lokal anesteziya ilə keyləşdirilir. Ardınca kanal açma prosesinə həyata keçirilir. Kanal açma prosesi, mikro qələm adlanan kəskin bir alət vasitəsilə həyata keçirilir. Bu kanallar iynə ucundan daha kiçikdir və köçürülmüş saç kökləri bu kanallara yerləşdirilir. Kanalların istiqamətləri, dərinliyi və genişliyinin saç köklərinə uyğun olması çox vacibdir.

Kanal istiqamətlərinin digər saç kökləri ilə əks olması, saç əkiminin uğuruna və təbiiliyinə təsir edən ən vacib faktordur.Kanal açma  prosesi əkiləcək yerə görə tənzimlənir. FUE saç əkiminin planlaşdırılmasında, əkim ediləcək saç köklərinin sayı əvvəlcədən hesablanır. Kanal açma  prosesi təpə bölgələrində daha dik bir bucaq ilə aparılmalıdır, ancaq gicgaha  doğru irəlilədikdə saçların təbii quruluşundan asılı olaraq kanal açma prosesi daha dar bir bucaqda aparılır.

Kanal açma  prosesi  saç əkiminin hər yerdə ot adam şəklində dik-dik çıxan və ya tamamilə  təbii bir görünüşün meydana gəlməsinə təsir göstərdiyi üçün olduqca önəmlidir. Bu zaman həkimin əl bacarığı  və təcrübəsi işə düşür.
FUE  saç əkimi ilə saç köklərini əkilməsi
FUE  saç əkimi ilə saç köklərini əkilməsi.
FUE saç nəqli əməliyyatının son mərhələsi saç köklərinin açılmış kanallara köçürülməsidir. Saç köklərinin toplanması prosesindən dərhal sonra düzgün sıralanmış və xüsusi qutulara qoyulmuş saç kökləri ayrı-ayrılıqda götürülür və açılan kanallara yerləşdirilir. "Yığılan saç kökləri çox uzun müddət dayanmamalı və kanallara qoyularkən zərər görməməlidir."

Saç köklərinin əkilməsi prosesi greftlərin sayından asılı olaraq 2 - 4 saat çəkə bilər. Proses başa çatdıqdan sonra, FUE saç nəqli edilən sahə örtülməz və ya sarğılanmaz. Hava ala bilməsi üçün açıq   saxlanılır. Saç əkimi edilən sahə hər cür təzyiq və zərbədən qorunmalıdır. FUE saç əkimi üsulu ilə   həyata keçirilən saç əkimlərindən bir neçə gün sonra ilk sarğı edilir. Bu metodda kəsik və tikişlər yoxdur. Ancaq saç köklərinin  toplanması zamanı dəridə nöqtələr şəklində ləkələr yaranır. Bu yaralar təxminən 1 həftə ərzində sağalır. Əkilən saçların tam təbii hala gəlməsi 10-12 ay çəkir.

Nəticədə, FUE saç əkimi fasiləsiz, sürətli və tikişsiz olmaqla, saç köklərinin zədələnməsinin qarşısını alır. İnkişaf edən tibbi texnologiya ilə birlikdə saç əkimi əməliyyatlarını asanlaşdıracaq yeni tətbiqlərin və tibbi cihazların köməyi ilə saç nəqli əməliyyatlarında rahatlıq və müvəffəqiyyət faizi daha da artacaqdır.

XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content