FUT - CASPICARE.COM

Title
Go to content
FUT saç əkimi üsulu

FUT (Follicular Unit Transplantation) 1990-cı illərdə yaranmış bir üsuldur. Bu üsul saç köklərinin donor bölgəsindən bir lent şəklində çıxarılıb, saç əkiləcək nahiyədə açılan kanallara əkilməsi prinsipinə əsaslanır. FUT üsulu saç əkimi əməliyyatlarında  texnologiyanın inkişaf etməsi ilə birlikdə köhnəlmiş bir üsuldur.

2002-ci ildə FUE üsulunun tibbə gəlişi ilə birlikdə FUT üsulu yerini yavaş-yavaş FUE  üsuluna vermişdir. Günümüzdə əksər saç əkimi mərkəzlərində FUE üsulu tətbiq edilir. Amma istisna hallarda FUT üsuluna da üstünlük verilir. Bəs FUT üsulu nədir? Necə tətbiq edilir?
FUT saç əkimi üsulunun tətbiq edilməsi
FUT saç əkimi üsulunun tətbiq edilməsi

Bilindiyi kimi, saç əkimi əməliyyatlarında tibbdə qəbul edilmiş 2 başlıca üsul vardır. Bunlar FUEFUT üsullarıdır. FUT üsulu ilə FUE saç əkimi üsulunu bir-birindən ayıran fərq əkiləcək olan saç köklərinin donor bolgəsindən alınma formasıdır. Saç köklərinin donor bölgəsi olaraq qəbul edilən boyun bölgəsindən toplanma forması bu iki üsulu bir-birindən fərqləndirir.

FUT üsulunda saç köklərinin toplanması üçün əvvəlcə donor bölgəsi lokal anasteziya tətbiq edilərək keyləşdirilir. Beləliklə, xəstənin əməliyyat ərzində ağrı hiss etməsinin qarşısı alınır.
  1. Keyləşdirilən boyun bölgəsindən təxminən 15 sm  x 2 sm  böyüklüyündə düzbucaqlı şəklində bir dəri parçası kəsilərək çıxarılır. Kəsiləcək bölgənin böyüklüyü toplanacaq saç kökü miqdarına görə dəyişir. Məsələn, az miqdarda greft (əkiləcək saç) ilə ediləcək əkimlərdə kəsilərək çıxarılan dəri parçasının sahəsi də kiçilir.  Bununla yanaşı, xəstənin saçı seyrəkdirsə, eyni miqdarda greft üçün daha böyük bir dəri parçasının kəsilərək çıxarılması lazımdır.
  2. Boyun bölgəsindən alınaraq çıxarılan dəri parçası içində olan saç köklərinin ayrılması və diqqətli bir şəkildə əkim üçün hazırlanması üçün tibb bacıları tərəfindən ayrılma prosesi həyata keçirilir.  Dəri hissələrindən ayrılan greftlər düzgün bir şəkildə “petri” adlanan qablara yerləşdirilir.
  3. Yığılan greftlər əkim üçün hazırlanarkən xəstənin boyun bölgəsində açılan sahə estetik tikişlə bağlanıb sarğılanır. Təxminən 20 gün ilə 1 ay arasında çəkən sağalma müddətinən sonra burada (iki qulaq arasında qalan boyun bölgəsində)  üfüqi bir tikiş izi qalacaqdır. Bu üsulun əsas mənfi cəhətlərindən biri də məhz əməliyyatdan sonra itməyən bu tikiş izidir.
  4. Greftlərin yığılmasından sonra əkim həyata keçirilir. Bunun üçün əkim ediləcək sahə  lokal anesteziya ilə keyləşdirildikdən sonra çıxarılan greft miqdarına bərabər kanallar açılır. Saç əkimində bu kanallar saç köklərinin içinə yerləşdiriləcəyi iynə ucu böyüklüyündə olur.
  5. Kanal açma prosesindən sonra saç kökləri açılan kanallara yerləşdirilərək saç əkimi əməliyyatı sonlandırılır.

Bu üsulda kəsilərək cəm halında çıxarılan saç kökləri boyun bölgəsində bir tikiş izi yaradarkən FUE üsulunda tək-tək çıxarılan greftlər boyun bölgəsində hər-hansı bir deformasiya yaratmaz. Lakin FUT üsulu sürətli şəkildə həyata keçirilərkən, FUE üsulunda saç köklərinin yığılması prosesi daha yavaşdır. FUE üsulunda istifadə edilməyə başlanan mikromotor sayəsində bu müddətin qısalması təmin edilmişdir.
FUT üsulu kimlərə tətbiq edilə bilər
FUT üsulu kimlərə tətbiq edilə bilər?
Bu üsul saç əkimi üçün uyğun olan hər kəsə tətbiq edilə bilər

  • 22 yaşdan böyük;
  • Saç əkimi müəyyən bir səviyəyə çatmış;
  • Qalıcı saç tökülməsi növünə sahib;
  • Donor bölgəsi yetərli olan;
  • Sağlamlıq vəziyyətində problemi olmayan hər kəsə saç əkimi tətbiq edilə bilər.
FUT üsulunun tətbiq edilməsində də yuxarıda göstərilən xüsusiyyətlər nəzərə alınır. Amma günümüzdə FUT-un tətbiqinin gedərək azalması bu üsulun fərqli səbəblərlə, xüsusi hallarda tətbiq edilməsinə səbəb olmuşdur.

  • Ancaq bu üsulu tətbiq edən bir həkimə müraciət etdiyinizdə saç əkiminiz FUT üsulu ilə həyata keçiriləcəkdir.
  • Donor bölgəsindəki saç sıxlığı çoxdursa, daha çox greft yığılması üçün həkimlər tərəfindən bu üsul məsləhət görülür.
  • Xəstənin donor bölgəsindəki saçların həddən artıq sıx olduğu hallarda ətrafdakı saç köklərinə zərər verməmək üçün bu üsula üstünlük verilir.
  • Köhnə bir üsul olan FUT saç əkimi üsulu daha ucuz olduğu üçün xəstə tərəfindən bu üsula üstünlük verilir.
FUT saç əkimi üsulunun üstünlükləri
FUT saç əkimi üsulunun üstünlükləri:
FUT saç əkimi üsulu saç əkiminin 1990-cı illərin əvvəllərində bütün dünya səviyyəsində yavaş-yavaş yayılmasını və hərkəs tərəfindən tətbiq edilən hala gəlməsinə səbəb olan bir texnologiyadır və özlüyündə bir çox üstünlüklərə sahibdir. Amma bu üsul üstünlüklərinə görə özündən sonra çıxan və daha vacib üstünlüklərə sahib olan FUE saç əkimi üsuluna qarşı məğlub olmuşdur.

  • Bu üsulda greftlər tək-tək yığılmadığı üçün əməliyyat sürətlə həyata keçir.
  • Donor bölgəsi kifayət qədər olmayan xəstələrə də saç əkiminin tətbiq edilməsinə imkan verir.
  • Daha çox greftin daha qısa müddətdə yığılmasına imkan verir.
  • Saçlar kəsilmədən də saç əkimi həyata keçirilir.
FUT saç əkimi üsulunun mənfi cəhətləri
FUT saç əkimi üsulunun mənfi cəhətləri:
Bu üsuldan sonra formalaşan və yeni yaranan texnologiyalar ilə müqayisə edilməsi bu üsulun mənfi cəhətlərini üzə çıxarmışdır.

  • Əməliyyatdan sonra boyun bölgəsində qalıcı bir iz yaranır.
  • Saç dərisinin alındığı bölgə zərər gördüyü üçün əməliyyat sonrasında hissizlik və ya keyləşmə yarana bilər.
  • FUE üsuluna nisbətən əməliyyat ərzində daha çox qanama yaranır.
  • Yığılan saç köklərində itki yaranır.
  • Göz ətrafında şişliklər yaranır.
  • Kəsik halında alındıqdan sonra ayrılır və buna görə də saç dönməsi ehtimalı yaranır.
  • İkinci dəfə saç əkimi əməliyyatı lazım olduqda yeni bir tikiş izi yaranır.
  • FUT üsulunda boyun bölgəsində kəsik yaranıb tikiş qoyulduğu üçün sağalma müddəti daha çox çəkir.
  • Tikişə görə əməliyyatdan sonra ağrı hissi daha da çoxalır.
  • Boyun bölgəsində greftlərin yığıldığı bölgədə hissizliyin yaranması riski yaranır.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content