PRP - CASPICARE.COM

Title
Go to content

PRP – “Platelet Rich Plasma” azərbaycan dilinə tərcümədə “Trombositlə zəngin plazma” mənasını verir. PRP xəstədən alınan 13,5 ml qanın santrifuj cihazından  keçirilərək (santrifuj – içərisində qan və ya digər qarışıqların olduğu qablaşmada qarışımları bir-birindən ayıran bir cihazdır ) hüceyrə yeniləyici trombositlərin  aktiv hala gətirilməsi və dəri altına yeridilməsi ilə tətbiq edilir.

Araşdırmalara görə qanın tərkibindəki trombosit miqdarının təbii yollarla artırılması  hüceyrənin təzələnmə sürətini artırır. PRP-nin tətbiqi saç tökülməsi yaşayan və saçını dolğunlaşdırmaq istəyən xəstələrdə saç əkimindən əvvəl və ya sonra həyata keçirilir. Eyni zamanda saç əkimi zamanı tətbiq edilən “PRP vasitəsi ilə saç əkimi” əməliyyatı da vardır. PRP öz gücünü bədənin öz-özünü yeniləmə müddətində alır. PRP-nin tətbiq edildiyi nahiyədə, sanki tez bir zamanda müalicə olunmalı bir yara varmış  hissiyatı yaranır. Bu hiss ilə hərəkətə keçən bədən hüceyrələri yenilənməyə başlayır.  Dəriyə tətbiq edildiyində hüceyrələrin yenilənməsinə səbəb olan bu üsul saç köklərinə tətbiq edilərkən saçın tez və təsirli bir şəkildə qidalanmasına və güclənməsinə səbəb olur. Məhz elə bu da bədənin öz-özünü sağaltma və yeniləmə müddətidir.
Platelet Rich Plasma
PRP necə tətbiq edilir?

Cəmi yarım saat çəkən, sürətli və asan tətbiq edilən bu prosesin necə həyata keçirildiyi 10 mərhələdə izah oluna bilər:

  1. Tibb işçiləri tərəfindən xəstədən 1  balon qan alınır. Alınan qan özəl bir cihazda (santrifuj) 15-20 dəqiqə ərzində 1 və ya 2 dəfə emal edilir. Nəticədə, xəstənin öz qanının trombositləri ayrılır və PRP plazması əldə edilir;
  2. Sonda balon içərisinə toplanmış olan “Trombositlə zəngin plazma” şprisə əlavə edilərək xəstənin saç köklərinə yeridilir. Yeridilmə prosesi təxminən 10 dəqiqə çəkir;
  3. Xəstənin baş dərisinə iynə vasitəsilə yeridildiyi üçün yüngül bir ağrı hissi yarana bilər, ancaq mikro (kiçik ) uclu iynələrlə  qısa bir müddətdə tamamlanan bu proses baş dərisinin sərt və dayanıqlı quruluşu ilə əlaqədar olaraq çox da hiss edilmir;
  4. Ağrıya dayanıqlı olmayan xəstələrdə isə anastezik (keyləşdirici) krem tətbiq edilir. Bunun sayəsində hiss edilən ağrını tamamilə yox etmək mümkündür;
  5. Xəstədə hər-hansı bir  yorğunluq yaratmadığı üçün əməliyyat sonrasında xəstə rahatlıqla gündəlik həyatına davam edə bilər;
  6. Əməliyyatdan sonra dəniz, hovuz, idman və ya həddindən artıq yorğunluq yaradacaq  fəaliyyətlərin olmaması məsləhətlidir;
  7. Saç nahiyəsinə tətbiq edildiyi üçün xəstənin  görünüşündə hər-hansı bir fərqlilik yaranmır. Bu prosesin bir səfərdə tətbiq edilməsi  uğurlu nəticələr verməyə bilər. Uğurlu bir nəticə əldə etmək üçün həkiminizin sizə xüsusi planlama tətbiq etməsi məsləhətlidir;
  8. Əməliyyat təxminən 3 həftəlik intervalla 4 seans edilir və lazım olarsa 6 aydan sonra təkrarlanır;
  9. Qandakı trombositlərin aktiv hala gətirilərək çoxaldılması yenə də təbii üsullarla edilir. Santrifuj metodu bu prosesdə ən uyğun üsul olaraq bilinir.  Əlavə olaraq bu prosesə hüceyrə ayırma prosesi də deyilir;
  10. Təsir etmə dərəcəsi yüksək olduğuna və rahat əldə edildiyinə görə geniş şəkildə istifadə edilir.  Saç əkimindən sonra saç köklərinin qidalanması və ya saç tökülməsində saçların güclənməsi üçün də istifadə edilir;
PRP necə həyata keçirilir
Tökülən saçları sıxlaşdırmada təsirli bir digər üsul da saç mezoterapiyasıdır. Saç mezoterapiyası haqqında ətraflı məlumat almaq üçün “Saç mezoterapiyası nədir?” mövzusunda məqaləmizi oxuya bilərsiniz.
PRP-nın saç əkiminə təsiri
PRP-nın saç əkiminə təsiri:

  • Saç əkimi əməliyyatında nəql edilən  saç kökləri çöldə bir neçə saat qaldığı üçün  yorğun düşür və əməliyyatdan sonra adaptasiya (uyğunlaşma) müddəti yaşayır. Təzəlikcə əkilən greftlərdə yaranacaq itkiləri ən az miqdara endirmək üçün təsirli bir metoddur. Çünki saç köklərinin uyğunlaşma müddətini və sağalmasını sürətləndirir;
  • Saç köklərinin təzə yerlərinə yerləşdirilməsi və yaraların daha sürətli şəkildə sağalmasına səbəb olan bu üsul yeni saç köklərini gücləndirir;
  • Davamlı olaraq tətbiq edildiyində 1-2 ay ərzində  təsiri nəzərə çarpacaq. Cansız saç kökləri qidalanaraq, güclənər və qalınlaşar;
  • Canlandırıcı xüsusiyyətə sahibdir. Buna görə də olduğu  yerdəki digər saç köklərinə də müsbət  təsir göstərir. Saçların tökülməsini azaldır, saçların güclənməsinə və sıxlaşmasına kömək edir;
PRP ilə Kök hüceyrə müalicəsi arasında fərqlər
PRP ilə kök hüceyrə müalicəsi arasında fərqlər

PRP  əldə edilməsi baxımından kök hüceyrəsinə nəzərən çox ucuz və asan bir üsuldur. Tez bir zamanda hazırlana bilir və tətbiq edilir. Trombositlər də kök hüceyrələridir və qanımızda hazır vəziyyətdə tapılır. Kök hüceyrələri üçün qulaq arxasından  biopsi (biopsi-xəstəlik şübhəsi olan zaman cərrahi bir yolla xəstədən dəri, maye və toxuma alınması metodudur)  üsulu ilə dəri alınır və laboratoriya şəraitində təxminən 1 ayda hazırlanır. Ayda 1 dəfə olmaqla 3 seans tətbiq olunur. Kök hüceyrəsi sıxlıq baxımından PRP-yə nisbətən çox zəngindir. Ancaq hazırlanması, maliyyə baxımından çox bahalı və uzun müddət çəkən bir üsuldur. Buna baxmayaraq PRP ilə eyni nəticəni verir.
PRP-nin zərərləri varmı? PRP-nin əks təsiri varmı?

PRP müalicəsində infeksiya riski yoxdur. Həkimlər tərəfindən və düzgün şəraitdə tətbiq edildiyi üçün əks təsiri yoxdur. Rahat və sürətli bir şəkildə tətbiq edilən əməliyyatdan sonra xəstə öz gündəlik həyatına rahatlıqla davam edə bilər. Bununla birlikdə PRP tətbiqi zamanı xüsusilə həssas  dərisi olan xəstələrdə iynənin yaratdığı təsirə görə qızarıqlıq və kiçik göyərmələr meydana gələ bilər. Ancaq bunlar da 1-2 gün ərzində keçir.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content