Qadınlarda saç əkimi - CASPICARE.COM

Title
Go to content
Qadınlara saç əkimi

Qadınlarda saç əkimi əməliyyatı  həyata keçirilərmi deyə soruşsanız, bu sualın cavabı həm “bəli”, həm də “xeyir”-dir.  Əslində isə bir çox qadını düşündürən bu hal tamamilə saç tökülməsinin növləri ilə bağlıdır.  Ancaq əvvəlcə bu məlumatı verək ki, qadınlarda da saç əkilməsi prosesi həyata keçirilə bilər, amma burada diqqətə alınması vacib olan məsələlərdən biri də saç tökülməsinin növləridir.

Qadınlarda saç əkimi əməliyyatları kişilərə nisbətən daha az ehtiyac olunan əməliyyatlar olmasına baxmayaraq, doğru saç tökülməsi mərhələsində olan qadınlar üçün ideal müalicə üsulu da ola bilər.

Qadınlar üçün qalıcı səbəblərlə ortaya çıxan saç problemləri üçün:
  • Saç əkimi;
  • Saç sıxlaşdırma;
  • Alın daraltma;
  • Ön saç xətti düzəltmə;
  • Qaş əkimi;
  • Kirpik əkimi əməliyyatları həyata keçirilir.

Qadınlarda saç əkimi prosedurlarının  tətbiq olunması kişi xəstələrə tətbiq ediləcək əməliyyat vaxtı ilə bərabərdir. Buna görə də əvvəlcə xəstənin saç əkimi üçün uyğun olub-olmamasına qərar verilməlidir.  Qadınlarda saç əkimi prosedurunu həyata keçirməzdən əvvəl metabolik bir problemin yaşanıb yaşanmadığı araşdırılaraq saç tökülməsinin keçici olmayan bir səbəblə başladığı və qalıcı xüsusiyyətdə olduğu diaqnozu qoyulmalıdır.
Kimlərə edilə bilər?
Kimlərə edilə bilər?

  • Qadınlarda saç əkimi prosesində saç analizi və digər analizlər çox vacibdir;
  • 24 yaşdan yuxarı  qadınlara saç əkimi əməliyyatı həyata keçirilə bilər;
  • Qadınlarda saç əkimi üçün xəstənin sağlıq vəziyyəti yerində olmalıdır;
  • HIV, Hepatit B kimi yoluxucu xəstəliklər var olduğu halda əməliyyat həyata keçirilə bilməz;
  • Saç tökülməsi növünün qalıcı bir səbəbdən ortaya çıxdığı diaqnozu gözlənilər;
  • Xəstənin metabolik və ya hormonal bir probleminin olmaması  vacibdir;
  • Donor nahiyəsində kifayət qədər tük kökü olmalıdır;
  • Kişi növü keçəlləşmə ilə üz-üzə qalan qadınlar saç əkimi əməliyyatı üçün uyğundur;
  • Diffuz tökülmə (ocaqlı, yəni bütün baş dərisi üzərində yayılan qlobal saç tökülməsi) hallarında saç əkimi prosesi həyata keçirilməyə bilər.
Qadınlarda saç əkimi əməliyyatları ancaq qalıcı saç tökülmələri səbəbindən həyata keçirilir. Saç əkimi əməliyyatlarında  iki qulaq arasındakı boyun nahiyəsi olaraq müəyyən olunan donor bölgədə yetərincə tük kökü yoxdursa, saç əkimi əməliyyatı gözlənilən nəticəni verməyə bilər. Qadınlarda rast gəlinən tökülmə tipləriəksər hallarda diffuz (qadın növü tökülmə) olduğu üçün saç əkimi prosesi qadınlarda daha az həyata keçirilir.
Saç tökülməsi növləri
Saç tökülməsi növləri:
Saç tökülməsi növü qadınlarda saç əkimi prosesinin həyata keçirilib  keçirilməyəcəyinə dair ilkin məlumatı verir. Keçici və qalıcı saç tökülməsi olaraq ayrılan saç tökülmələrində qadınların ətraf mühit amilləri olan stres, hormonal pozğunluqlar, müxtəlif xəstəliklər, qidalanma problemləri və ya hamiləlik kimi səbəblərdən yarandığı üçün  bu problemlər aradan çıxdığı anda  saç tökülməsi dayanar və saçlar yenidən uzanmağa başlaya bilər. Bu səbəbdən saç əkimi əməliyyatlarında keçici saç tökülməsi hallarında xəstə fərqli  müalicələrə istiqamətləndirilərkən genetik meyl kimi qalıcı saç tökülməsi səbəbləri arasında olan hallarda saç əkimi metodu işə yarayar.  Qalıcı saç tökülməsi növləri isə 3 yerə ayrılır. Saç tökülməsinin 3 növü olaraq ayıra bilərik. Bunlar:

  • Kişi növü saç tökülməsi;
  • Qadın növü saç tökülməsi;
  • Bölgəsəl tökülmələrdir.

Saç tökülməsi növlərinə baxdığımızda kişi növü tökülmələr və bölgəsəl tökülmələrdə saç əkiminin həyata keçirilməsi üçün donor bölgəsinin əkim üçün kifayət qədər olması lazımlıdır.  Qadın növü tökülmələrdə isə saçlar hər bölgədən seyrəkləşdiyi üçün  möhkəmlətmə bölgəsi yaranacaq bir sahə tapılmır. Bu fərq qadın növü tökülmələrdə kişi və qadınlarda saç əkimi nəticələrindən alınan uğurlara ciddi şəkildə təsir göstərir.  Buradan “qadın növü tökülmə hallarında saç əkimi həyata keçirilə bilməz” şəklində bir nəticə çıxarmaq  doğru deyildir.  Qalıcı saç tökülməsinə sahib olan insanlarda ən yaxşı həll yolu saç əkimidir.  Qalıcı saç tökülməsi növlərindən kişi növü tökülmə yaşayan qadınlarda saç əkimi əməliyyatları uğurlu nəticələr verir.
Qadınlarda saç əkimi əməliyyatından əvvəl gözləntilər.
Qadınlarda saç əkimi əməliyyatından əvvəl gözləntilər.
Qadın növü tökülmələrə sahib qadınlar böyün nahiyəsindən  çox ön və üst bölgələrin dolğunlaşmasını seçirlər.

Bunun sayəsində uzun istifadə  edəcəkləri saçları ilə boyun nahiyəsini örtə bilərlər.  Bunun xaricində alnın açılması hallarında və ya doğuşdan açıq alınlar üçün də qadınlara saç əkimi əməliyyatı həyata keçirilir. Bəzi hallarda isə yara izi və ya əməliyyatla əlaqədar (tikiş izi) izlər yarana bilər. Bu kimi hallarda  da kəsilən dərinin yerinə yenidən saç yaranmadığından  həll yolu yenə saç əkimidir.

Kişilərdə rast gəlinən qadın növü tökülmələrdə isə vəziyyət daha çətindir və əksər hallarda bu növ tökülmələrdə tətbiq olunan saç əkimləri uğurlu nəticələr verməkdədir. Bununla bərabər qadınlarda saç əkimi üçün qərar verməzdən əvvəl tökülmə növü  qədər tökülmə səbəbinə də baxmaq lazımdır. Kişilərə nisbətən çox daha az keçəllik yaşayan qadınların tökülmə səbəbləri yaxşı anlaşılmalıdır. Qadınlarda yoğun bir tökülmə olduğu halda hormonal bir problemin olub olmadığı yoxlanılmalı və tökülməni yaradan səbəblər diqqətli araşdırılmalıdır.

Nəticədə, yaranma səbəbləri və sıxlıqları fərqli olsa da, qadınlarda saç əkimi prosesi həyata keçirilir. Saç tökülməsi səbəbləri və saç tökülməsinin növü burada əsl faktordur. Tökülmə forması və saç quruluşu uyğun olarsa, qadınlarda saç əkimi əməliyyatı həyata keçirilə bilər.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content