Saç əkimi necə olunur? - CASPICARE.COM

Title
Go to content
Saç əkimi əməliyyatının hansı mərhələləri var?
Saç əkimi necə həyata keçirilir?

Saç əkimi xəstəxana şəraitində, saç əkimi həkimləri və tibb bacılarından ibarət olan bir qrup tərəfindən həyata keçirilir. Bu əməliyyat təxminən 4-8 saat ərzində dəvam edir. Boyun  bölgəsi kimi təyin olunan "donor" bölgəsindən götürülmüş saç kökləri, əvvəlcədən təyin olunmuş keçəl bölgəyə köçürülür.  Saç əkilməsi əməliyyatının mərhələlərini izah edərək "saç əkimi necə həyata keçirilir?" sualını ətraflı şəkildə cavablayacayıq.
Saç əkiminin necə olacağı haqqında ətraflı bilikləri məqaləmizdə tapacaqsız. Saç köçürülməsi 6 əsas mərhələdən ibarətdir.

  1. Saç əkilməsi əməliyyatına hazırlıq.
  2. Əməliyyatdan əvvəl anesteziya.
  3. Əkiləcək saçların (greft) yığılması.
  4. Yığılan əkiləcək saçların (greft) əkilməyə hazırlanması.
  5. Kanalların açılması.
  6. Saç köklərinin yerləşdirilməsi.
Saç əkimi hazırlığı
1 - Saç əkiminə hazırlığı

Saç əkilməsinin daha rahat və uğurlu keçməsi üçün xəstəyə düşən bəzi vəzifələr vardır. Saç köçürülməsindən əvvəl diqqətə alınması vacib olanlar:

  • Əməliyyat gününə qərar verən zaman əməliyyatdan sonra ən az 3 gün istirahət edə biləcəyiniz bir gün seçilməlidir;
  • Əməliyyat günü yüngül yeməklər yeyilməli, əməliyyata yüngül bir qəlyanaltı (səhər yeməyi) edilərək gəlinməlidir;
  • Əməliyyat sonrası əkilən saç köklərinizə zərər verməmək üçün  əməliyyat günü rahat geyinilib- çıxarıla bilən sərbəst paltarlarla saç əkimi mərkəzinə getmək lazımdır. Başdan rahat keçəcək, yaxası açıq, ya da düyməli paltarlar seçilməlidir;
  • Saç əkimi mərkəzinə sizə verilən saatda getməyə və gec qalmamağa diqqət göstərməlisiniz.
  • Saç əkimi mərkəzinə getdiyinizdə sizi xəstə məsləhətçisi qarşılayacaqdır.
1. Qan analizi:
Əməliyyat əvvəlində sağlamlıq vəziyyətinizin yoxlanılması aparılır. Bunun üçün bəzi analizlərin edilməsi vacibdir. Bunun səbəbi,  saç əkimi əməliyyatında sizin sağlamlıq vəziyyətinizi riskə atacaq bir qrup problemlərin  olub-olmadığının aydınlaşdırılmasıdır. Ediləcək olan tədqiqlər saç əkimi əməliyyatını həyata keçirməyinizə əngəl olacaq bir probleminizin olmadığını aydınlaşdırar. Sağlamlıq vəziyyətinin yoxlanılması üçün tibb bacıları əməliyyat günü iynə köməyi ilə damar yolunuzdan 1 balon qanınızı alaraq bunu təhlil üçün  laboratoriyaya göndərir. Qan alma prosesi təxminən 1 dəqiqə çəkir.

Qanınız, şəkər səviyyəsi, Hepatit B, C və HIV virusları, qanın laxtalaşma sürəti və digər bəzi infeksiya və viruslar ilə bağlı geniş bir tədqiqdən keçirilir. Saç əkiminə əngəl bir halın olub-olmadığı haqqında qan dəyərləriniz diqqətlicə yoxlanılır.  Saç əkimi əməliyyatı üçün risk yaradacaq bir hal yoxdursa, əməliyyata hazırlıq müddəti davam edər.
Xəstələrin təsdiq sənədinə imza atmaq
2. Xəstələrin təsdiq sənədinə imza atmaq:
Xəstə icazə kağızının imzalanması ilk dəfə qarşılaşan insanlar üçün qorxulan bir vəziyyət olsa da, ölkəmizdə əməliyyatlar öncəsi kifayət qədər məlumatlandırıldığına və xəstənin icazəsinin alındığı haqqında bir formanın doldurulması vacibdir. Bu formu diqqətli oxumalısınız.
 
Xəstə icazə vərəqəsini imzalamazdan əvvəl bilməniz gərəkən bəzi məqamlar vardır:

  • Əməliyyat ilə bağlı həkiminizə sual verməkdən çəkinməyin.  Əməliyyat əvvəlində sizə vacib bütün sualları həkiminizdən soruşun.
  • Sizə verilən formu sona qədər oxumadan imzalamayın.
  • Xəstə icazə kağızı ilə yanaşı sizinlə bağlı bəzi sualların soruşulduğu bir formun da doldurulması vacibdir. Bu formda yer alan məlumatarı tamamilə doğru bir şəkildə doldurmanızın vacib olduğunu unutmayın. Bu sizin sağlamlığınız  üçün çox vacibdir. Lazımlı  gördüyünüz hallarda bir çəkingənliyiniz varsa, həkiminizlə üz-üzə danışın.
  • Bildiyiniz alergiya və xəstəliklərinizi tam olaraq bildirməyiniz sağlamlığınız üçün çox vacibdir.
  • Əməliyyat günü və əvvəlində içdiyiniz vitamin, aspirin, ya da hər nə olursa olsun, işlətdiyiniz dərmanları həkiminizə bildirin.
Saç əkimi planlaşdırması
3. Saç əkimi planlaşdırması:
İcazə kağızı da imzalandıqdan sonra həkim ilə əvvəlcədən  görüşərək saç əkimi planlamasına keçirilləcəkdir. Əvvəlcədən görüşmədə həkim sizinlə birbaşa görüşərək əməliyyatla bağlı bilməyiniz gərəkən bilikləri verir. Bundan sonra saç əkimi planlamasına keçilir. Saç əkimi planlamasının düzgün həyata keçirilməsi üçün əməliyyatdan əvvəl saçlarınızı kəsdirməyin. Saç əkimi üçün saç kəsilməsi prosesi saç əkimi planlaması sonrasında  saç əkimi mərkəzində həyata keçirilir. Bu saç əkiminin  düzgün planlanması  üçün olduqca vacibdir.
Həkim saç əkimi planlanması üçün xəstənin donor bölgəsinin yoğunluğunu, keçəlləşmə səviyyəsini, saç kökü vəziyyətini incələyir.  Ayrılıqda ön saç xəttinin ən yaxşı şəkildə  müəyyən olunması üçün  xəstənin üz forması da incələnərək ən təbii alın xətti məsafəsi və şəkli hesablanılır. Alın  nahiyəsinə ediləcək saç əkmə prosesi üçün xəstə ilə birlikdə ön alın xətti  müəyyən olunur.
Ön saç xətti müəyyən olunarkən donor bölgənizin verdiyi imkanlar ilə sizin gözləntilərinizin uyğunlaşdığına əmin olun. Təbii bir görünüş üçün həkiminizin tövsiyyələrinə güvənin.

Saç əkimi planlamasında nələr edilir?
Verilən qərar sonrasında qələmlə əkim həyata keçiriləcək bölgələr və hansı bölgəyə nə qədər saç kökü əkiləcəyi işarələnir.

Saç əkimi planlamasında:

  • Donor bölgəsindən nə qədər əkiləcək saç (greft) yığılacağı;
  • Hansı bölgəyə, nə qədər saç əkiləcəyi;
  • Alın xəttinin forması və hardan başlayacağı;
  • Hansı saç əkimi  növünün işlənəcəyi müəyyən olunur.
Saç qırxmaq
4. Saçların qırxılması:
Əvvəlcədən bildirdiyimiz kimi burada bilinməsi gərəkən ən vacib məqam-saçınızı əvvəlcədən kəsdirməməyinizdir. Həkiminizin əməliyyat günü, saç əkimi planlaması üçün saçınızın təbii halını görməsi gərəklidir. Saç əkimi planlaması sonrasında saç qırxılması  tibb bacıları tərəfindən həyata keçirilir.

Günümüzdə xəstənin istəyi ilə saç tam qırxılmadan da saç əkimi həyata keçirmək mümükündür. Bunu əvvəlcəən həkiminizlə danışmaq vacibdir. Saç qırxılmadan saç əkiminin həyata keçirilməsi əməliyyat vaxtını uzatır və əməliyyatı bir qədər çətinləşdirir. Saç əkimi əməliyyatı üçün gərəkli olan ideal saç boyu 1 nömrəli qırxılmış saç kökləridir. 1 nömrəli saç kəsimi təxminən 3 mm saç boyu deməkdir.  1 nömrəli kəsilmiş saç boyu, xüsusilə mikromotor  ilə həyata keçiriləcək əkiləcək saçların (greft) toplanması üçün ən ideal uzunluqdur. Bu toplama prosesini olduqca rahatlaşdırar və saç köklərinin toplanması zamanında ətrafdakı saç köklərinə zərər gəlməsinin qarşısını alar.
5. Xəstənin əməliyyat otağına aparılması

Saç əkimi əməliyyatları özəl steril əməliyyat paltarları ilə həyata keçirilir. Xəstə əməliyyat otağına keçmədən əvvəl özünə verilən əməliyyat paltarını giyinər. Saç əkimi əməliyyatları 4-8 saat arasında çəkən uzun müddətli əməliyyatlardır. Əməliyyat otağında xərəyə yatdırılan xəstə bu müddəti lokal anesteziya altında və oyaq keçirəcəkdir. Ancaq bu müddətdə lokal anesteziya sayəsində hər-hansı  bir ağrı, ya da acı hiss etməyəcək olan xəstə yata bilər, musiqi dinləyə bilər, həkimin icazəsi ilə televizor seyr edə bilər. Saç əkimi əməliyyatı ərzində ac olan xəstə əməliyyata fasilə  verildiyində özünü narahat etməyəcək yüngül bir yemək yeyə bilər.
Əməliyyatdan əvvəl anesteziya
2 - Əməliyyatdan əvvəl anesteziya (narkoz)

Saç əkimi əməliyyatları lokal  anesteziya (saç əkiləcək bölgənin iynə vasitəsilə keyləşdirilməsi ) altında həyata keçirilməkdədir

  • Müxtəlif risklər yaratdığı üçün və gərəkli olmadığı üçün saç əkimi gənəl anesteziya (damardan yeridilən vasitələrlə xəstənin yatdırılması) ilə həyata keçirilmir
  • Lokal anesteziya bir bölgəni hissizləşdirdiyi üçün əməliyyat müddətində xəstə oyaq vəziyyətdədir.
  • Bəzi insanlar fobiya dərəcəsində əməliyyat və ya iynə qorxusu yaşamaqdadır. Bu kimi hallarda xəstəni lokal anesteziya müddətində yatdıracaq iynəsiz və qısa müddətli bir sakitləşdirici edilə bilər.

Əməliyyat otağına alınan xəstə xərəkdə əvvəlcə üz üstü olaraq yatacaqdır. Lokal anesteziya üçün bütün baş nahiyəsi dezinfeksiya edilir. Dezinfeksiya sonrasında əkiləcək saçların yığılacağı boyun  bölgəsinə iynə ilə keyləşdirici dərmanlar  yeridilir. Lokal anesteziya  həyata keçirilməsi zamanında xəstə kiçik dərəcəli bir yanma hiss edər. Lakin bu yanma bir neçə dəqiqə içərisində keçər.
Lokal anesteziyanın təsir etmə müdəti insandan insana dəyişməklə birlikdə  təxmini 15 ilə 20 dəqiqə arasındadır. Lokal anesteziya sayəsində  adam hər-hansı bir ağrı və ya acı hiss etməz. Əgər adamda iynə qorxusu varsa, lokal anesteziyadan əvvəl keyləşdirici dərmanlar nəfəs yolu ilə verilməsi  adlanan sedasyon prosesi həyata keçirilər. Xəstə bu zaman 10-15 dəqiqəliyinə yatdırılır. Bu proses xəstənin təxminən 10 dəqiqə çəkən lokal anesteziya prosesini hiss etməsinin qarşısı alınar. Sedasyon sayəsində xəstə lokal anesteziya üçün boyun bölgəsində həyata keçiriləcək olan  iynələri hiss etməz.  Lokal anesteziya sonrasında dərmanın təsirini göstərməsi gözlənilər və daha sonra saç əkimi prosesi başlayar.
3 - Əkiləcək saçların (greft) toplanması

Əməliyyatda FUE üsulu seçilərsə saç əkimi necə həyata keçirilər?
Günümüzdə tibb sahəsinə  girmiş ən son saç əkimi üsulu FUE-dir. FUE eyni zamanda dünyada ən çox həyata keçirilən  saç əkimi üsuludur.  FUE əkiləcək saçların necə yığılacağını müəyyən edən bir üsuldur. FUE üsulunun iki fərqli həyata keçirilmə şəkli mövcuddur. Munlar Manuel-punch və Mikromotorlu FUE-dir. Saç əkiminin ilk və ən başlıca mərhələsi olan əkiləcək saçların  toplanması zamanında boyun bölgəsindəki saç kökləri manuel punç, ya da mikromotor metodu ilə tək-tək genişləndirilir.

  • Manuel-Punch FUE
“Piasamen” adı verilən qələmə bənzəyən bir alətə taxılan iynələr vasitəsilə saç kökləri genişləndirilir.  Alət dedikdə bir cihaz deyildir. Buna görə də manuel, yəni əllə alınma olaraq da bilinir. Genişlənmə sonrasında micropen-set adı verilən maqqaşa bənzəyən  bir digər alətlə, saç kökləri yığılır. Əllə həyata keçirilən bu proses Mikromotorlu FUE-ye nisbətən daha çox əmək və zaman tələb edir.  Manuel-punç üsulu günümüzdə yerini daha çox micromotor  tətbiqinə buraxmışdır.

Manuel-punç-dan çox daha yeni və inkişaf etmiş bir tətbiqdir.  Mixromotorlu FUE adından da bilindiyi kimi elektron bir cihazdır.  Mikromotor cihazının kəşf edilməsi ilə birlikdə bir çox həkim manuel-punçı  buraxaraq micromotor işlətməyə başlamışdır. Elektrikli müəyyən bir tətbiq sürətinə görə tənzimlənə bilən Micromotor cihazında əkiləcək saçlar (greft) alətin ucundakı iynələr vasitəsilə genişləndirilir və yenə də micropen-set köməyi ilə yığılır.

Bu iki tətbiqdən  biri ilə genişləndirilən saç kökləri, pen-set adı verilən maqqaşa bənzər medikal bir alət köməyilə yığılır. Yığılan saç kökləri əkimə hazır hala gətirilərək, içərisində serum olan petri adındakı şüşə qablara yığılır.

Əkimin həyata keçiriləcəyi saç kökü sayı qədər greft toplandıqdan sonra donor bölgə təmizlənərək  bandaj vasitəsilə bağlanır. Donor bölgəsindəki  bandaj ilk yumaya qədər çıxarılmır.  Saç əkimi əməliyyatlarında  ilk yuma həkimin məsləhətiylə 3-cü ya da 4-cü gün ola bilər.  Bandajların açılması və ilk yuma prosesi, müəyyən olunan gündə saç əkimi mərkəzi tərəfindən  həyata keçirilir.
Transplantasiya üçün əl işlərinin hazırlanması
4 - Toplanan greftlərin əkimə hazırlanması

Əkiləcək saçların (greft) yığılmasından sonra bu greftlərin əkim üçün hazır hala gətirilməsi lazımdır. Saç əkimində greftlər yığılarkən  bir yandan da tibb bacıları tərəfindən  toplanan greftlər içərisindən  saç kökləri alınaraq  düzgüncə yerləşdirilir. Tək-tək ayrılan saç kökləri əkim mərhələsinə qədər canlı qalması və zərər görməməsi üçün müəyyən bir soyuqluqda və xüsusi olaraq qorunurlar.  Yığılmış greftlərin  əkimə hazırlanması iki başlıca  mərhələdən meydana gəlir.  Bunlar yığılan greflərin  seçilərək saç köklərinin əkim üçün uyğun şəkildə hazırlanması və doğru greftlərin hazırlanması iki mərhələdən ibarətdir. Bunlar: "greftlərin seçilməsi və saç köklərinin mühafizə edilməsidir".
Greftlərin seçilməsi:
Yığılmış greftlər içərisində saç kökləri və dəri, yağ ya da  toxuma parçaları vardır.  Bu greftlər  Micropen-set köməyilə toplandıqdan sonra  serum içərisində diqqətlicə gərəksiz toxuma parçalarından ayrılır. Saç kökləri alınaraq əkim üçün hazır hala gətirilir. Seçilən greftlər xüsusi bir məhlul içində qazlı parçaların (bez) üzərinə yerləşdirilərək müəyyən edilir.

Saç köklərinin mühafizə edilməsi:
Bilindiyi kimi saç əkimi əməliyyatları 4-8 saat arası çəkməkdədir.  Greftlərin yığılması isə 2-4 saat intervalındadır.  Toplama sonrası əkim həyata keçiriləcək ana qədər saç kökləri canlılığını itirmədən ən doğru şəkildə mühafizə edilməlidir.  Ölkəmizdə ən çox seçilən üsul “Saline üsulu”  olaraq bilinməkdədir.  Saline üsulunda  saç kökləri “saline” və ya daha çox bilinən adıyla “serum” olaraq bildiyimiz duzlu bir məhlulda mühafizə edilir.

5 - Kanalların açılması

Açılacaq kanal sayı toplanan  saç köklərinın sayı ilə eyni olmalıdır. Yəni nə qədər saç kökü toplanırsa, o qədər də kanal açılmalıdır. Kanal açma prosesi saç əkimində təbiiliyə təsir edən ən önəmli mərhələdir. Kanal açma prosesinə keçmədən əvvəl ağrı və ya acı hiss edilməməsi üçün əkim həyata keçiriləcək  nahiyəyə də lokal anesteziya prosesi həyata keçirilir. Bunu da xatırlatmaqda fayda var : Lokal anesteziyanın həyata keçirilməsi müəyyən saat intervalı ilə məhdudlaşdırılmaz.
Xəstənin ağrısına görə lazım gəldikdə əməliyyat ərzində təkrar lokal anesteziya həyata keçirilə bilər. Əlbəttə, saç əkdirmə əməliyyatında bütün mərhələlər çox vacibdir, amma kanalların açılma forması birbaşa saç köklərinin çıxış istiqamətləri ilə əlaqəli olduğu üçün  birbaşa “təbii görünüş” ilə əlaqədardır. Belə ki, əkiləcək olan  saç köklərinin ot adam görüntüsü verməməsi üçün  təbii bir bucaq altında əkilməsi lazımdır. Buna görə də “Saç əkimi necə həyata keçirilir” sualının ən önəmli mərhələsi kanalların açılması mərhələsidir.

Bəs təbii açı (bucaq) nədir?
Günümüzə həyata keçirilən uğurlu saç əkimi əməliyyatları səbəbi ilə unutulmağa başlanan ot adam anlayışı təbii bucaq altında açılmayan kanallar səbəbi ilə ortaya çıxmaqda idi. Saç köklərinizə diqqətli şəkildə baxdığınızda çıxış istiqamətlərinin və bucaqlarının olduğunun fərqinə varmaq mümkündür. Yəni əkiləcək olan saç köklərinin də sizin var olan təbii bucaq istiqaməti ilə əkilməsi bunun üçün də kanalların ən uyğun  bucaq altında açılması lazımdır

Kanal açma prosesində həkimlərin diqqət etdiyi 3 başlıca məqam vardır.
  1. Açılacaq kanalın genişliyi və dərinliyi: Təbii görünüş üçün ön alın xəttinə əkiləcək olan saç kökləri  30 dərəcəlik bir bucaq ilə əkilməlidir və saç köklərinin əyimi üzə doğru olmalıdır. Kanalların  saç köklərinin böyüklüyünə və formasına uyğun dərinlikdə açılması lazımdır.
  2. Kanalın bucaq ölçüsü:  Gicgah bölələri 45 dərəcəlik bir bucaqla yanlara doğru açılmalıdır. Təpə bölgənizdə isə bu dərəcə bir qədər daha artır və 60 dərəcəyə qədər çatır. Son olaraq arxa qismə açılacaq kanallar isə boyuna doğru yönləndirilir.
  3. Kanalın istiqaməti: Saç köklərinin təbii istiqaməti və dövrü kanala doğru istiqamət verilməsiylə olmaqdadır. Saçlarınızın təbii formasının sağa və ya sola yatması, dik ya da öndə olması kanalın istiqaməti ilə bağlıdır.

Kanal açma prosesində doğru dərinlik, bucaq və istiqamət olduqca önəmlidir. Əgər kanallar, baş dərinizə uyğun bucaqda, istiqamətdə və dərinlikdə açılmazsa, ot adam görünüşü qaçınılmazdır.
Saç follikullarını yerləşdirmək
6 - Saç köklərinin yerləşdirilməsi:

İlk mərhələdə saç kökləri yığılmış, ikinci mərhələdə seçilmiş və üçüncü mərhələdə isə kanallar açılmışdır. Dördüncü və son mərhələdə soyuq bir mühitdə gözlədilən saç kökləri açılan kanallara yerləşdirilir. Saç köklərinin yerləşdirilməsi prosesindən sonra əməliyyat tamamlanır.  Bu prosesin müddəti əkim həyata keçiriləcək olan saç kökü sayına görə dəyişməklə birlikdə təxminən 1-2 saat çəkməkdədir. Saç kökləri yerləşdirildikdən sonra əkim edilən bölgə açıq buraxılır.
Əkim sonrasında əkilən saç kökləri çox həssasdır. Hər-hansı bir basğı ya da zərbəyə qarşı çox yaxşı qorunmalıdır. Xəstələrin bir çoxu əməliyyat sonrasında  maşına minərkən  əkilən saçların olduğu təpə bölgəsini maşının tavanına vurmaqdadır. Bu məsələyə də diqqət yetirməyinizin vacibliyini xüsusilə vurğulyırıq.

Saç əkimi əməliyyatından sonra xəstənin saç əkimi mərkəzində yatılı vəziyyətdə qalmasına gərək yoxdur. Əməliyyat sonrasında xəstə evində istirahət edə bilər.  Uzun müddət əməliyyatda qaldığı üçün  evə gedəcəyi zaman xəstənin yanında bir nəfərin olması daha məqsədə uyğundur.  Saç əkimi sonrasında xəstəyə düşən vəzifələri doğru şəkildə yerinə yetirmək, saçlarınızın daha sağlıqlı böyüməsinə kömək olacaqdır.

Bu məqaləmizdə “Saç əkimi necə həyata keçirilir?” mövzusunu ətraflı bir şəkildə sizlərlə bölüşdük.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content