Saç əkimindən sonra - CASPICARE.COM

Title
Go to content
Saç əkimindən sonra qanama

Saç əkimi əməliyyatından sonra xəstəxanadan ayrılan xəstələr sağalma müddəti ərzində bəzi narahatlıqlarla üzləşirlər.  Saç əkimindən sonra qanama prosesi bunlardan biridir. Saç əkimindən sonra qanama gözlənilməyən bir haldır. Amma vaxtaşırı bir çox xəstə bu halla qarşı-qarşıya qalır.

Saç əkimindən sonra qanamanın növləri:

Hər insanın bədən quruluşu və metobolizması bir-birindən fərqlidir. Bu hal saç quruluşundan qan laxtalaşması sürətinə qədər insana təsir edər və dəyişiklik göstərər. Saç əkimindən sonra bəzi xəstələrdə qanama olarkən, bir çox xəstə belə halla qarşılaşmaz. Amma bu hal narahat olması gərəkən bir problemə çevrilməməlidir.
Saç əkimindən sonra qanama fərqli növlərdə yarana bilər:

  • Sarğılanmış bölgənin qanaması;
  • Saç köklərində əkimdən sonra qanama;
  • Zərbə ilə saç əkilmiş nahiyənin qanaması;
  • Saç əkimindən sonra dəri altında əmələ gələn qanama;
Sarğılanmış bölgənin qanaması
1. Sarğılanmış bölgənin qanaması
Saç əkimi əməliyyatından sonra yeni saç köklərinin əkildiyi bölgə açıqda qalarkən donor bölgəsi olan boyun hissəsi sarğılanır.

  • Saç əkimindən sonra sarğılanmış bölgədə yüngülvari qanamalar ola bilər.
  • Sarğının olduğu bölgə dərman və bədən mayelərin səbəbindən yüngül sarı, qırmızı arası bir rəng ala bilər.
  • Sarğılı bölgədəki yüngül qanamalar saç əkimindən sonra şişliyin xəstənin üz bölgəsinə deyil, boyun bölgəsinə endiyini göstərdiyi üçün üz bölgəsində yüngül şişliyin əmələ gəlməsi ehtimalını azaldır.
  • FUE üsulu ilə həyata keçirilən saç əkimlərində sarğılı bölgələrdə adətən, ciddi bir qanama yaşanmır. Belə bir halla qarşılaşdığınızı düşünürsüzsə, mütləq həkiminizə xəbər verməlisiniz.

Sarğılı bölgədəki yaraların sağalma müddəti təxminən 3-4 gündür. Sonda isə saç əkimi mərkəzində sarğılar çıxarılır.
Saç köklərində əkimdən sonra qanama
2. Saç köklərində əkimdən sonra qanama:
Xüsusilə qanı çətin laxtalaşan xəstələrdə yaşanan bir problemdir. Bu problemin yaşanmaması üçün əvvəlcədən edilən analizlərlə qanın laxtalaşma sürəti yoxlanılır, lazım gələrsə müxtəlif dərmanlarla qan laxtalaşması sürəti tarazlaşır.

Buna baxmayaraq saç köklərində vaxtaşırı qanama meydana gələ bilər. Saç köklərindəki yüngül qanamalar və bu qanların laxtalaşması normal qarşılanır. Əkilən saç öklərində saç əkimi sonrasında qanama meydana gəlirsə, aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

  • Həkiminizə bu halı bildirin.
  • Qanın qurumasını gözləyin.
  • Saç köklərinə basğı etmə ehtimalı olduğu üçün qanı silməyin.
  • Qanayan saç köklərini qaşımayın.
  • Quruyan və qabıq tutan qanı əsla dırnağınızla qazımayın.
  • Aspirin kimi qan sulandırıcı dərmanlardan uzaq durun.
  • Həkiminizdən  soruşmadan dərmandan istifadə etməyin.
  • Saç əkimindən sonra qanama artar və davamlı bir hal alarsa, mütləq həkimizə müraciət edin.
Zərbə ilə saç əkilmiş nahiyənin qanaması
3. Zərbə ilə saç əkilmiş nahiyənin qanaması:
Saç əkiminin ən böyük düşmanı əkilən bölgəyə alınacaq zərbədir. Bu halın yaşanmamasına çox diqqət etmək lazımdır. Amma buna baxmayaraq saç əkimindən sonra bəzən xəstə istəməyərək saç əkilən bölgəyə zərbə ala bilər. Bu hallarda:

  • İlk etməniz gərəkən zərbə alan hissəyə “nə oldu”-deyə baxarkən təkrar bir zərbə almamaqdır.
  • Həkiminizə zəng edin və vəziyyətinizi ona bildirin.
  • Zərbədən sonra saç köklərində “yüngül qanamalar” meydana gəlməsi normaldır.
  • Zərbə alınan hissədə əmələ gələn qanı silmək o bölgənin yenidən basğı görməsinə səbəb ola bilər. Lazım gələrsə, bu işi xəstəxanada tibb işçiləri tərəfindən etdirin.
  • Zərbənin şiddətinə görə həkim müayinəsindən keçməyin lazım olduğunu unutmayın.
  • Zərbə və ya basğı sonrasında saç köklərinin zərər görüb-görmədiyi həmin anda bilinmir. Belə hallarda edilməsi gərəkən sadəcə, saç tellərinin çıxacağı zamanı gözləməkdir.
Saç əkimindən sonra dəri altında əmələ gələn qanama
4. Saç əkimindən sonra dəri altında əmələ gələn qanama:
Saç əkimindən sonra qanama növləri nadir də olsa meydana gələn və xəstələri narahat edən bir haldır. Xüsusi ilə  alın nahiyəsində, dərinin altında yüngül göyərmə kimi meydana gələn  qan oturmaları bəzi hallarda özlüyündən keçə bilsə də, adətən yüngül bir müalicə lazım olur. Belə bir qanama yaşıyırsınızsa, həkimə getməlisiniz.

  • Saç əkimindən sonra qanama meydana gələn  dəri altı bölgəyə basğı etməyin.
  • Həkiminizə vəziyyəti bildirin və müayinəyə gedin.
  • Həkiminizin edəcəyi müalicəni davamlı yerinə yetirin.
  • Adətən bu kimi qanamalar yüngül bir müalicə sonrasında keçir.

Göründüyü kimi müxtəlif səbəblərlə saç əkimi sonrasında qanama meydana gələ bilir. Sizi narahat edən  bir hal meydana gəldiyində çəkinmədən həkiminizə xəbər verməlisiniz.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content