Saç mezoterapiyası - CASPICARE.COM

Title
Go to content
Saç mezoterapiyası nədir?

Saç mezoterapiyasi (mezoterapiya- iynə vasitəsi ilə  qırışıqlıq, ləkə kimi dəri problemlərinin qarşısını almaq üçün tətbiq edilən bir tibbi prosesdir. Yağların, piylənmənin və keçəlliyin qarşısını alır) saç dərisinə yeridilərək tətbiq edilən bir müalicə növüdür.  Saç tökülməsinə qarşı saç köklərini bəsləyərək gücləndirən mezoterapiya tərkib baxımından PRP-dən fərqlidir.

Bəs saç mezoterapiyası hansı hallarda və necə tətbiq edilir? Kimlər edə bilər?
Tərkibində vitamin - mineral, oligo – elementlər və dərman qarışığı olan mezoterapiya saç dərisinə yeridilərək tətbiq edilir.  Yeridilərkən diametrləri 2 və 4 mm  arasında dəyişən iynə uclarından istifadə edilir. Tibbi bir müalicə üsulu olan və sadəcə həkimlər tərəfindən klinikalarda həyata keçirilən saç mezoterapiyası sayəsində yeridilən dərman vasitəsi saç dərisindəki hüceyrənin canlanmasına səbəb  olur. Saç tökülməsi yaşayan hər kəsdə (qadınlar  və kişilər) rahatlıqla tətbiq edilə bilən mezoterapiyanın neçə seans tətbiq ediləcəyi xəstənin saç tökülməsinə və saç quruluşuna görə dəyişir. Bununla yanaşı, mezoterapiya lokal və bölgəsəl olaraq da tətbiq edilir və dəri altına hissə-hissə yeridilir.
Saç mezoterapiyası nədir
Mezoterapiyadan əvvəl xəstənin  saç quruluşu analiz edilir. Bu analizdən sonra saç köklərində nə dərəcədə köhnəlmə olduğu və saç kökərinin tökülmə dərəcəsi ortaya çıxır. Elə bu nəticələr mezoterapiyanın neçə seans  tətbiq ediləcəyini bildirən əsas faktorlardır. Mezoterapiyanın neçə dəfə tətbiq ediləcəyini bildirən bir digər vacib faktor isə saçın tökülməsi səbəbidir. Mezoterapiya seans seanstətbiq edilən müalicə üsulu olub, bir seansı təxminən 20 dəqiqədə tamamlanır.

Adətən, doğuşdan sonra və ya qan azlığından qaynaqlanan saç tökülmələrində 1 seans kifayətdir.  Amma qalıcı bir saç tökülməsi halı varsa, seans sayı artar. Bundan başqa saç tökülməsi səbəblərində isə ildə 2-3 dəfə saç mezoterapiyası məsləhət görülür.

Hansı növ tökülmələrdə tətbiq edilə bilər?

  1. Stresdən əmələ gələn saç tökülmələri;
  2. Fəsil dəyişkənliyindən yaranan saç tökülmələri;
  3. Metobolizmadan  əmələ gələn saç tökülmələri;
  4. Hamiləlikdən sonra yaşanan saç tökülmələri.
Mezoterapiya
Mezoterapiyadan sonra nələrə diqqət etmək lazımdır
Bununla yanaşı genetik olan saç tökülmələrindəmezoterapiya tətbiq edilə bilər.  Bilindiyi kimi, genetik səbəblərdən əmələ gələn saç tökülmələrində mezoterapiya sadəcə saç tökülməsini ləngidə bilər. Genetik səbəblərdən əmələ gələn saç tökülmələrinə ən təsirli müalicə üsulu saç əkimidir.

Mezoterapiyadan sonra nələrə diqqət etmək lazımdır?

  • Mezoterapiyadan sonra xəstənin qısa bir müddət saçlarını yumaması və nəmləndirməməsi;
  • Hər-hansı bir dərman vasitəsi sürtməməsi;
  • Evdə istifadə olunan saç baxımı məhsularına bir müddət fasilə verilməsi məsləhətlidir.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content