Saç tökülməsində hormon analizi - CASPICARE.COM

Title
Go to content
Saç tökülməsi hormon analizi

Mənaca “xəbərdarlıq etmək” kimi bilinən hormon, bədənimizin işləmə prinsipində çox əhəmiyyətli rola malikdir. Qadınlarda və kişilərdə fərqli növlərdə və adlarda olan hormonların əksikliyi və ya çoxluğu bütün orqanlarımıza olduğu kimi saçlarımıza da təsir edə bilər. Bu məqaləmizi  hormonların saç tökülməsindəki təsiri və hormon analizinə həsr edəcəyik. Bəs saç tökülməsində hormon analizi necə edilir? Saç tökülməsində hormon analizi ilə nələr öyrənilə bilər? Vaxdında tətbiq edilən  saç tökülməsində hormon analizi bizə nə kimi fayda verər? Ətraflı məlumat bu məqaləmizdə.
Saç tökülməsi hormon analizi
Saç tökülməsində hormon analizi və hormonların  əhəmiyyəti:
Günümüzdə xəstəxana, poliklinika və tibb mərkəzlərində rahatlıqla həyata keçirilən hormon analizi xəstəliklərin diaqnozunda bizə yol göstərən bir rola malikdir. Hormon analizi və ya digər adıyla hormon ölçmələri bizə xəstəliyimizin diaqnozu və gedişi haqqında ətraflı məlumat verir. Hormon analizləri bir çox yerdə edilə bilər. Bəzi analizlər isə sadəcə xüsusi mərkəzlərdə edilir. Hər problemə görə ona aid bir vaxtda edilməsi vacib olan hormon analizlərinin  düzgün nəticələr verməsi üçün ac qarına edilməsi mütləqdiq.

Saç tökülməsində hormon analizi və kişilərdə əhəmiyyəti:
Bir çox xarici faktorun səbəb olduğu kişilərdə saç tökülməsi son illərdə cavan yaşdakı kişilərdə də rast gəlinir. Stres və düzgün qidalanmama  kimi səbəblər də saç tökülməsinə səbəb olmaqla yanaşı, problemin kökü əksər hallarda hormonlardan qaynaqlanır. Genetik saç tökülməsinə meylli olan kişilərdə  rast gəlinən və androjen adında kişilik hormonlarından yaranan kişi növü saç tökülməsi androgenetik alopesiya olaraq da bilinir. Androjen hormonu bədənin fərqli bölgələrində, fərqi formalarda təsir göstərir. Misal olaraq, baş dərisindəki saçların tökülməsinə səbəb olan androjen, qol altı nahiyədə olan tüklərin isə çoxalmasına səbəb olur.
Hormonlar
Saç tökülməsində əhəmiyyətli bir funksiyaya sahib olan  hormonlar qadınlarda və kişilərdə fərqlilik göstərir. Kişilərdə androjen olaraq bilinən hormon isə 2 yerə ayrılır.

Bunlar:

  1. Testosteron
  2. Dihidrotestosteron (DHT)

Testosteronun bir növü olan DHT-nin əsas xüsusiyyəti saç kökləri üzərində olan hər növ androjen reseptoruyla rahatlıqla əlaqələnməsidir. Bunun sayəsində təsiri daha da artır. Testosteronda da eyni xüsusiyyət olmasına baxmayaraq, onun əlaqələnmə sürəti daha zəifdir.
Saç tökülməsi hormon analizini etməyin faydaları
İndi isə daha aydın bir şəkildə izah edək. DHT-nin saç kökləri ilə əlaqələnməsi saç köklərinə mənfi təsir edərək zəifləməsinə, incəlməsinə və rəngsiz saç köklərinin yaranmasına səbəb olar. Bu da saç köklərinin yox olmasına, yəni tökülməsinə işarədir. Saç tökülməsində hormon analizi faydalarına gəlsək, hər xəstəlikdə olduğu kimi əvvəlcəddən diaqnoz çox vacibdir. Saç tökülməsində hormon analizi bizə bunu göstərir.

Heç bir sağlamlıq probleminiz olmasa belə, sadəcə ailənizdə saçsız insanların varlığı da hormon analizini etməyiniz üçün bir səbəbdir. Saç tökülməsində hormon analizi edərkən əvvəlcədən yoxlama ilə bədəninizdəki hormonların vəziyyətini öyrənə bilər və saçlarınızın tökülməsinin qarşısını alan məhsullarla saç tökülməsini bir müddət dayandıra bilərsiniz. İnsandan insana dəyişməklə birlikdə saç tökülməsinə qarşı müalicə üsulları da fərqli şəkillərdə tətbiq edilir. Bununla da bildirdiyimiz kimi tökülmənin qarşısı qismən alınar. Çünki günümüzdə genetik saç tökülmələrinin qarşısı alınmazdır. Genetik olan saç tökülmələrində ən yaxşı müalicə üsulu isə saç əkimidir.
Saç tökülməsində hormon analizi xəstəxananın hansı şöbəsində həyata keçirilir?
Xəstənin mövcud bir problemi yoxdursa, xəstə müayinə şöbəsinə gedərək müayinə olunur. Müayinədən sonra həkimin məsləhəti ilə xəstə endokrinologiya şöbəsinə yönləndirilir və lazımlı analizlərin edilməsi tələb olunur. Saç tökülməsində hormon analizi də digər hormon analizləri kimi endokrinologiya şöbəsində həyata keçirilir.

Qadınlarda və kişilərdə saç tökülməsinə səbəb olan dərmanlar hansılardır?

  • Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan kemoterapiya dərmanları;
  • Qan incəldici dərmanlar;
  • Gut və tiroit dərmanları;
  • Diyuretik, beta bloker və anti-hippersantif kimi dərmanlar;
  • Yüksək dozada istifadə edilən A vitamini;
  • Diyeta müddətində istifadə edilən dərmanlar;
  • İnsanın hissi vəziyyətinə təsir edən dərmanlar;
  • Oral kontraseptik növdəki dərmanlar.

Nəticədə saç tökülməsində hormon analizi edilməsi vacib olan analizlərdən biridir. Müalicədən əvvəl düzgün şəkildə diaqnoz qoyulması üçün hormon analizinin edilməsi mütləqdir.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content