Saç tökülməsinin səbəbləri - CASPICARE.COM

Title
Go to content
Saç tökülməsinin səbəbləri

Dünyada yaşayan hər 3 nəfərdən biri həyatının hansısa bir anında saç tökülməsi problemi ilə qarşılaşır. Kişilərdə olduğu kimi qadınlarda da yaşanan saç tökülmələri hər zaman keçəlliklə sonlanmaz.  Çünki saç tökülməsinin səbəbləri hər kəsdə fərqlidir.

Saç tökülməsi bir çox fərqli səbəblərdən ortaya çıxır.  Buna görə də əvvəlcə saç tökülməsi səbəbləri bilinərsə, tökülmənin qarşısını almaq daha rahat olar. Bununla yanaşı, problemin keçici və yaxud da qalıcı olduğunun bilinməsi çox vacibdir.
Saç tökülməsinə təsir edən 8 faktor vardır. Bunlar:

Kişi növü saç tökülmələri
Ən sıx qarşılaşılan saç tökülməsi səbəbləri sırasındadır. Qadınlara nisbətən  daha çox kişilərdə rast gəlindiyi üçün bu adı almışdır. Genetik faktorların təsirli olduğu bu növ tökülmələrdə səbəb ailəvi yaxınlıqdır və müalicəsi ən çətin olandır. Kişi növü saç tökülməsində saç köklərini gücləndirən dərman vasitələri tökülməni ləngitsə də, ən effektiv üsul saç əkimidir.

Qadın növü saç tökülməsində başın hər bir bölgəsində tökülmə  baş verir. Yəni saçların əksəriyyətində seyrəlmə gedir.  Saç köklərini gücləndirən dərman vasitələri və vitamin dəstəyi ilə saç tökülməsinin qarşısı alınar və ya  müəyyən bir vaxd dayanar.  Qadın növü  tökülmələrdə saç əkimi həmişə uğurlu nəticə verməyə də bilər.
Stres
Stres
Stres saç tökülməsinin gizli səbəblərindəndir.  İşi ya da həyat standartı səbəbindən davamlı olaraq stres altında olan insanlarda, yaşadığı bir pis hadisə səbəbi ilə  stresə girmiş insanlarda sıx olaraq saç tökülməsi aşkarlanır. Bilərək və ya bilməyərəkdən özümüzü stresə sala bilərik. Özündən asılı olmayaraq həmişə gərgin və stresli olan insanlarda da streslə bağlı saç tökülmələri sıx görülür. İnsan hər zaman bir gərginlik içində yaşadığı üçün bu hal ona normal gəlir və saç tökülməsinin səbəbinin stres olduğunu söyləyir.

Qidalanma pozğunluqları
Hər nə qədər diqqət yetirilməsə də saç tökülməsinin səbəbləri arasında qidalanma pozğunluqları da ən birinci səbəblər sırasındadır. Qidalanma pozğunluqları və  vitamin əksikliyi  digər orqanlarda olduğu kimi saç köklərinə də mənfi təsir göstərir. Qidalanma pozğunluqları səbəbindən yaranan saç tökülmələri üçün həkim yoxlamalarında vitamin dəstəyi və sağlıqlı qidalanma tövsiyyə olunur.
Müxtəlif xəstəliklər
Müxtəlif xəstəliklər
Saçqıran (aleopesi areata), saç göbələyi kimi dəri xəstəlikləri də saçın bölgəsəl tökülmə səbəbləri sırasındadır sırasındadır.  Bu xəstəliklər bölgəsəl olduğu kimi daha sıx ortaya çıxdıqları halda kirpiklərə qədər bədəndəki bütün tüklərin tökülməsi ilə nəticələnir. Tətbiq ediləcək müalicə ilə saç tökülməsi də aradan qalxacaqdır.

Doğuşdan sonra tökülmələr
Xüsusilə qadınlarda saç tökülməsi səbəbləri arasında hamiləlik müddəti də vardır. Hamilə qadınlarda bəzən doğuşdan sonra saç tökülməsi  də yaşana bilər.  Bu hal hamiləlik ərəfəsində qida çatışmazlığından irəli gəldiyi kimi hamiləlik müddətinin qadında yaratdığı həddən artıq stresdən də yarana bilər.  Doğuşdan sonra saç tökülməsi halının yaşanmaması üçün həkiminizin məsləhət gördüyü qidalanma qaydalarına riayət etmək, əgər məsləhət görülürsə vitamin dəstəyinə laqeyd yanaşmamaq, doğum müddətinə  mütəxəssislərdən məsləhət alınaraq hazırlanmaq  məqsədə uyğundur.
Dərman və müalicələr
Müxtəlif dərmanlar və bəzi xəstəliklərin müalicəsi saç tökülmələrinə səbəb olur.  Bu hal saç tökülmələrinin səbəbləri arasındadır. Bunlardan ən məlum olanı isə xərçəng xəstəliyinin müalicəsi müddətində tətbiq edilən kemoterapiya (xərçəng xəstəliyinin müxtəlif dərmanlar vasitəsilə qarşısının alınması) üsuludur.  Saç tökülmələri müxtəlif xəstəliklərin müalicəsi üçün verilən dərmanların uzun müddət istifadə edilməsi nəticəsində ortaya çıxır.  Dərman və müalicələr nəticəsində yaranan tökülmələr müalicə qurtardıqdan sonra aradan qalxar və saç kökləri qısa müddət ərzində uzanmağa başlayar.

Hormonal pozğunluqlar
Hormonal pozğunluqlar saç tökülməsinin səbəbləri arasındadır. Daha çox qadınlarda olsa da, kişilərdə də rastlana bilər. Bədəndəki hormonların   xarici və ya daxili faktorlarla pozulduğu bu kimi hallarda saç tökülmələri yarana bilər. Menopoz (klimaks və ya menopauza-orqanizmin təbii “qocalma” prosesi mərhələsi ) müddətində qadınlarda saç tökülməsinin ən başlıca səbəbi hormonal dəyişikliklərdir. Doğuşdan sonra tökülmələr də hormonal dəyişikliklər ilə bir qrupa daxil olan saç tökülmələri sırasındadır.  Tiroid bezinin (boyun nahiyəsində təxminən 5 sm-lik iki hissədən ibarət olan, ortalama 25 qram ağırlığında bir endokrinoloji orqandır) normaldan çox və ya az işləməsi də saç tökülməsinin səbəblərindəndir.

Saç tökülməsinin səbəbləri ilə bağlı məlumat sahibi olmaq saç tökülmənisinin növünü aydınlaşdırmağınıza və müalicə edilməsinə kömək olur. Saç tökülməsi yaşadığınızı hiss edirsinizsə dərhal həkiminizə müraciət edin.
XİDMƏTLƏR
Başdakı saçların bərpası
Qaşınların qalınlaşdırılması
Saqqal uzatma
Bığ transplantasiyası
Mikropiqmentasiya
© 2019 CASPICARE. Bütün hüquqlar qorunur. AYVUS.COM tərəfindən hazırlanmışdır
© 2019 CASPICARE. Все права защищены.
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
Back to content